Gecə-gündüz qan ağlaram,Mənimki ah-zarınandı.Mən yarı bivəfa gördüm,Qol-boyun əğyarınandı.

Sallaiıb gəl bizə, gəlin,Ağ üzündə siyah telin,Bülbül çox istəyir gülün,Gülün meyli xarınandı.

Boynuna salmısan bağı,Sinəmə çəkmisən dağı,Abbasın şəfa tapmağıQoynundakı narınnandı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar