Getdi
Geçə-gündüz qan ağlaram,Göz yaşım ümmana getdi.Şirin canım yar yolundaOlmağa qurbana getdi.
Doymadım yarın dilindən,Qucmadım incə belindən,Aldılar yarı əlimdən,Qarğana-qarqana getdi.
Hər nə oldu mənə oldu,Qaynadı peymanam doldu,Desələr, Abbas necoldu?Deyin, Tufarqana getdi.
Kitabxana.az · https://kitabxana.az/works/tufarqanli-getdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir