Aşiqəm, aşiqəm nigarə qəsəm,O siyəhçeşmi-pürxumarə qəsəm.

Ruzgarım qaraldı zülfün tək,O səri-zülfi-müşkbarə qəsəm.

Eşqüvə, ey nigar, məcburəm,O gedən əldən ixtiyarə qəsəm.

Çəkmərəm hiç damənindən əlVerməsən kam, kirdgarə qəsəm.

Ağlaram ol qədər ki, qərq olusan,Lücceyi-çeşmi-əşkbarə qəsəm.

Mənə təlx etdi ömrü hicranın,Ləzzəti-zövqi-vəsli-yarə qəsəm.

Qaşın, ey zülfü qarə, qətlim edər,O ikibaşlı Zülfüqarə qəsəm.

Məqtə — şairin təxəllüsü olan son beyt. And içib Seyyid aşiqin oldu,Müshəfi-hüsnüvə dübarə, qəsəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq