Hər aşiqi-dilsuxtə bir meyldə qaldı,Məcnuni-siyəhbəxt qəmi-Leylidə qaldı.

Məcnun ilə bir məktəbi-eşq içrə oxurdum,Mən xətmi-kəlam etdim, o “Vəlleyl”də qaldı.

Sandım ki, tutan damənini vəslə yetər, mənTutdum ətəgin eylə, əlim zeyldə qaldı.

Hər kəs ki, çatıb vəslüvə rizvanə yetişdi,Hicrində qalan çahə düşüb Veyldə qaldı.

Tufanə verib mərdümi-çeşmim bu cahanı,Viranə könül kəşməkeşi-seyldə qaldı,

Məqtə — şairin təxəllüsü olan son beyt. Sərxeyli-cünun Qeys ilə Fərhad idi saydım,Seyyid, dəxi bizdən çıxıb, ol xeyldə qaldı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq