Göz ala
Bir gözəlin şövqü düşüb cahana,Yoxdur sənin kimi gözəl, göz ala.Mən aşiqəm Cahana,Canım qurban Cahana,Haqqın əziz bəndəsi,Xoş gəlmisən cahana.Yaradıb yaradan salmış cahana,Yoxdu sənin kimi gözəl, göz ala.
Bağbansan bağa bax, bağ işini gör,Bağ bəslə, bağ becər, bax işini gör,Aşıq, bax, işini gör,Bağa bax, işini gör,Nə yatdın, kamil ovçu,Maralın baxışını gör.Hələ sən tərlanın baxışını gör,İstəyir canımı gözəl göz ala.
Abbas deyər: mən qurbanam sənə yar,Uzun boylu, tuti dilli sənə yar.Mən aşiqəm sənə yar,Sənəd verdim sənə yar,Qərib aşıq, qürbət el,Canım aldın sən, a yar.Dolandım dünyanı neçə sənə yar,Görmədim sən kimi gözəl, göz ala.
Kitabxana.az · https://kitabxana.az/works/tufarqanli-goz-ala
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Baxma şümşada, gözüm, sərvi-xuraman gəz-gəz,Dərmə hər qönçəni, bir qönçeyi-xəndan gəz-gəz.
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Gətir saqi şərabi-nab, mütrib sazını saz et!Gətir saqi şərabi-nab, mütrib sazını saz et!Çəkib bir naləyi bülbülləri dörd yandan avaz et!
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,