Qadasın aldığım, nədən məlulsan?Əgər lal isənsə, dil sənə qurban!Gümüş neştər ilə tökdün qanımı,Nazik əllərinlə sil, sənə qurban!

Mal gedər otlayar dağın içində,Piltə şölə verər yağın içində,Bağbanı dindirdim bağın içində,Dedi: süsən, sünbül, gül sənə qurban!

Başına döndüyüm, gözləri xəndan,Turunclar baş verib çıxıb yaxandan,Dedim: gözəl, bir busə ver o xaldan,Acıqlandı dedi: al, sənə qurban!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar