Yorğunam, sevgilim,yorğunam, yaman,İstəməz nə həkim,nə də ki, dərman!..Gəl yanıma, danış bir,Qulaq asım sözünə,Baxım yenə üzünə.Əy üstümdə, əzizim,Əyilməyən belini,Qoy başıma əlini...Yorğunam, sevgilim,yorğunam yaman,İstəməz nə həkim,nə də ki, dərman.Yetər mənə, əzizim,Əlinin hərarəti,Bir insan məhəbbəti!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri