Qoşma
İllər pillə-pillə düşür ömürdən,Gənclikdən şirin bir xatirat qalır.Ürək bir gün susur, deyil dəmirdən,Dünyada insana təmiz ad qalır.
Dil yatan deyəndə ağızda şişir,Acı söz yarası çox gec bitişir,Sözü söyləməmiş ağzında bişir,Onda baş bədəndə salamat qalır.
Böyük söz deyəndə çıxma özündən,Allahın da Adəm çıxdı sözündən,İtirdi cənnəti buğda üzündən,Həsrət o cənnətə camaat qalır.
Mal-dövlət yığmağın yox imiş xeyri,Amma qara günçün bir az at geri,Bəzən adam beş-on manatdan ötrü,Gədanın birindən xəcalət qalır.
Övlad qarşısında hamımız əsir,Fəqət bilmirik ki, aqibət nədir,Oğul sözə baxmır, qız gəlin gedir,Axırda kişiyə tək arvad qalır.
Pünhanın sözləri tamama yetdi,Ömür fani gəlib, fani də getdi,Şairin sözünü kim qəbul etdi,Bax, o da şairə mükafat qalır.
21 may, 1973
Kitabxana.az · https://kitabxana.az/works/punhan-qosma
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ola bir yaxşı «kreslo» ola sərvət, ola bu,Yapışıb valla dilimdən məni çırpar pola bu.
LəçbazGəlsə, ey dostum, gələr məndən bəla ləçbazlığa,Olmuşam zəvvari – Kəbə Kərbəla ləçbazlığa.
Şirako şaqaet AzerbecanRanşe şirokiy şaqal Azerbecan,Leonid İliç, şyas ne takoy şaqayet.
Nu zaes, poqodi!Gedirik bir təzə dovranə, nu zaes poqodi,İlimiz adladı dovşanə, nu zaes, poqodi!
Başqa şairlərin şeirləri
Bu yolun yolçusu olayım dersən,Əldə iki qarpız tutmalı degil.
جز می صرف در جهان،چیست که از صروف اورأی طرب قوی شود، رایت غم نگون بود
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Qəzəl: Ötən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asaÖtən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asa,Məni üryan ü ləğər görcəkin el baxmadı əsla