Heyf, mətbularda illərnən yazıb nəşr etdiyim,

Haqq söz həsr etdiyim.Bilmədim bir gün deyərlər: «yazdığın nöqsan keçərİt hürər, karvan keçər».

Leninin çiynindəki şalban bizə yükdür hələ,Hər siyasət bir tələ.Kommunistdən kommunistə ilbəil şalban keçər,İt hürər karvan keçər.

İt fəlakətdən xəbərdar eyləyər karvanları,Yol azan sarvanları.Hürməyin kəsməz o, ta ki, düz yola sarvan keçər,İt hürər karvan keçər.

Bir polis vallah görə bir tində məzlum can verir,Canı lap çoxdan verir.Ortada pul yoxdursa, o həndəvərdən yan keçər,İt hürər karvan keçər.

Çox məsəllər var onu, biz işdə isbat etmişik,Həm də üç qat etmişik.Mehriban düşmana «Tayfun»lar gəlib hardan keçər,İt hürər, karvan keçər.

Biz buruq qurduq, buruq işlər gəlib sahman ola,Xalqa xoş dövran ola.Sanma, şər-böhtan olan bir yerdə iş sahman keçər,İt hürər, karvan keçər.

Hər şeyə hakim olan dollar bitən yollardadır,Güc-qələm qollardadır.Bir zamanlar haqq gələr dollar ölər, Şirvan keçər,İt hürər, karvan keçər.

Çox dedim məclis düşünsün, qız-gəlin iqbalını,Millətin lüt halını.Milli Məclis qarşısından türk qızı üryan keçər,İt hürər, karvan keçər.

Yaz-yarat Pünhan, Vətənçün, xəlq üçün qoy yadigar,Haqqı yaz, rəhmət apar.Gün gələr, mütləq bu Yerdə Haqq ilə dövran keçər,Suçlu bir karvan keçər.İt hürər, Pünhan seçər,İt hürər, karvan keçər.

22 iyun 1999. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən