Bizim kənd yerinə gələndə baharqırmızı geyinib qızlar dayanaryollar yanında.Lalələrə qarışar,alışar, yanaryollar yanında.Hər gələn maşınla min ümid gələr,Hər gedən maşınla min arzu gedər,yolyanı kəndlərdə səhənglər qədərqızlar dayanarlar yollar yanında.

Oğrun baxışları qonar maşına,gəlin maşınını demirəm hələ.Ay gəlin,sağ əlinolsun başına,subay qızların.

Bizim kənd yerinə gələndə bahargeyinib əyninə məhəbbətini,əyilib bulaqda axıdar onlarqara gözlərinin şikayətini.Ayna bulaqlara əyilər onlarSaçın tumarlayar, qaşın düzəldər;gözəl kölgələri çöllərə axar,odur ki, bu yerdə güllər gözəldir.

Qızlar dayanarlar yollar yanında,Bir kəndin bəzəyi, bir el qeyrətigörəndə adamın tutulur dili.

Yollara çəkəndə qaranlıq pərdəqızlar qayıdarlar mənzillərinə,Qızlar işıq olar pəncərələrdə.yollar yuxulardan gəlib keçərlər.Qızlar yuxularda ağ maşınlarlauzaq şəhərlərə gəlin köçərlər...

Səhər dağ başında gün oyanandageyinib əyninə məhəbbətiniqızlar dayanarlar yollar yanında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar