Yol verin!
Yol verin, yana durun,hamilə qadın gedir.Bir az o yana durun,hamilə qadın gedir.Ayağının altındayumşaq olun, a daşlar,Köntöy söz danışmayınay bacılar, qardaşlar,hamilə qadın gedir.Əgər dərdin, sərin varMənzilində gizlə, çıx,yola gülər üzlə çıx!Qəzəbini, kininigizlə ayıbın kimi,yola şirin sözlə çıx,hamilə qadın gedir.Dodaqlar boyanmasınQara giley-güzara,Həyatı dəllal kimisiz çəkməyin bazara,dünyanı, sizi, bizihələ görməyən var, ha?!Onu dünyaya çəkənbu sudur, bu torpaqdır.Taleyi, adı, baxtı,onun çiçək payı da,onun işıq payı da,hələ doğulacaqdır.Yol verin, yana durunhamilə qadın gedir.Bir az o yana durunhamilə qadın gedir.Onun qaşı çatılsaTutular göyün üzü,Onun bircə naləsidağıdar evimizi,siz allah gülümsəyin,gülümsər görsün bizi,hamımızın tanışı,hamımızın əzizihamilə qadın gedir.Bir layladır, beşikdiryeridikcə yürünür.Çiyinlərində tale,üzündə, gözündə nur,hamilə qadın gedir.Sevdiyim qız, yana dur,hamilə qadın gedir.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-yol-verin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
Gəraylı: Yeri get, ey kafir qızıYeri get, ey kafir qızıƏyninə gey, al qırmızı
Fəxri xiyabanQalxıram yuxarı... Fəxri xiyaban,Cərgəylə düzülmüş məzar daşları!
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.