Fəxri xiyaban
Qalxıram yuxarı... Fəxri xiyaban,Cərgəylə düzülmüş məzar daşları!Əlimdə papağım, köksümdə həycanAnıram hörmətlə vətəndaşları.
Baxıram... Zərdüştün qəbridir sankiQarşımda görünən birinci məzar.Mənə elə gəlir, dostum, inan ki,Burdadır Nizami, Babək, Bəxtiyar.
O böyük Füzuli İraqda deyil,Burda dəfn olunub – bu xiyabanda.Mehdi Adriada – uzaqda deyil,Burda dəfn olunub – bu xiyabanda.
Burda dəfn olunub mənim eşqimi,Mənim torpağımı düşünən hər kəs.Onların nəfəsi, söylə, deyilmiMənim sinəmdəki bu odlu nəfəs?!
İstər yüz qərinə keçsin o gündən,Ya burda, ya da ki, başqa məkanda,Vətən torpağıyçün bir vaxt can verənBurdadır, burdadır – bu xiyabanda!
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-fexri-xiyaban
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Driğa, dilbərim halım pərişan olduğun bilməz,Könül quşun əsiri-dami-hicran olduğun bilməz.
Nə deyimQadir Allah, sənsən mənim pənahım,Qanlı leşkər hücum etsə, nə deyim?
Deyin o yara, edir aşiqin səfər, gəlsinDeyin o yara, edir aşiqin səfər, gəlsin,Şikənci-əqrəb ara gizlədib qəmər, gəlsin.
XilaskarDünya şöhrətli onkoloq cərrah*Əhliman Əmiraslanova ithaf*