Məni qınamayın,Dünya mənə tanış gəlir,Elə bil bir dəfəolmuşam buralarda.Onda da belə dəniz vardı,sahil vardı.Min il, yüz min il,nə bilimnə qədər əvvəl olardı.Onda da balıqlar suda,quşlar səmada yaşayırdı,Onda da insan ömrünəlap körpəlikdənbaşlayırdı.Çoxdan gördüyümqarışıq bir yuxu kimiyadıma düşdü.Bir balığı səmaya tullamışdım ki,qanadın var, uç!Ölmüşdü.Bir quşu suya basmışdım ki,qanadın var, üz!Ölmüşdü.Kim hava ilə suyuonların arasında ölümsərhədiylə bölmüşdü...Onda bilmirdim,İndi də bilmirəm,Nə də bilmək istəyirəm.İşdən indicə gəlmişəmOturmuşam, balıq yeyirəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri