Yaxşı ki...
Yaxşı ki, dünyada yaşayıram mən,Bir insan adını geyib əynimə,Bir insan ömrünü alıb çiynimə,Günlərdən-günlərə daşıyıram mən.
Heç mən olmasam da dünya olardı,İnsanlar, qayğılar yenə vardılar.Dünya bir ürəklik kasıblayardı,Dostlar bir dost boyu qısalardılar.
Heç mən olmasam da, boş qalmaz yerim,Min Fikrət tapılar tanışa, yada.Mənim öz sevincim, mənim kədərimYetim qalacaqdı gözəl dünyada.
Mənim məhəbbətim bahar kimidir,Nifrətim ən qəddar şaxta, ayazdı.Bütün qapıları döyərdi bir-birGecələr yatmağa sizi qoymazdı.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-yaxsi-ki
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Çıxdı yay, oldu payız, qış yetişər ləşkərilən,Çırpısız kimsə durub mən kimi əşk-i tərilən.
VarAy ağalar, gəlin sizə söyləyim,Unutmam, dilimdə bir əzbərim var.
بر سر کویت ای پسر، پی سپرم، دریغ من!با غم رویت از جهان میگذرم، دریغ من!
Səliqə-sahmanQarşımda ən zəngin bir kitabxana,Hər yerdə səliqə-sahman durubdu.