Ay ağalar, gəlin sizə söyləyim,Unutmam, dilimdə bir əzbərim var.Mən deyim sözümün sağın aşikar,Açılmış sinəmdə bir dəftərim var.

Gördüm bu dünyanın zövqü səfasın,Oxudum dərsimi, çıxdım hecasın.Anladım hürufun məddi-mənasın,Yerbəyer dərs verən irəhbərim var.

Musayam, sözümün budur mənası,Hər yana şox salır qəlbin nidası.Moc verir könlümdə eşqin dəryası,Coşub dalğalanan bəhrü bərim var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri