Bu bəs deyil gətirübdürBaşıma yüz kələk səndən,İstər məni ayrı salsınÇərxi dönmüş fələk səndən.

Ləblərin vardır şəkəri,Tellərin müşk və ənbəri,Sənə gəlməz huri-pəri,Gözəl olmaz mələk səndən.

Qurban olum o qamətə,Boyun bənzər qiyamətə,Dönübdür bağ-cənnətəBu xarabə Kələk səndən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale