Sevdiyim, dimədən sellər açılır
Sevdiyim, dimədən sellər açılır,Hər zaman düşəndə iraq gözlərin.Gəlmədi söndürə cigər atəşin,Hər biri bir qaynar bulaq gözlərin.
Kimin yolu düşsə xaki-dərinə,Ox vurar köksünə mərhəm yerinə.Belə kafər olmaz, aşiqlərinəQan uddurur çanaq-çanaq gözlərin.
Bir zaman var idi, görəndə məndən,Ahuyi-xütən tək qaçardı gəndən.Bildi xərəbədi, ey qönçədəhən,Elədi könlümü yataq, gözlərin.
Yığılıb bir yerə el qınar səni,Deyər çox incitdi gedib-gələni.Təəccüb eylərəm, neçin müjəniPilto tək yandırmaz çıraq gözlərin.
Səlibsan Zakiri cövrü cəfayə,Yolunda canını verdi fənayə;Ömür başa yetdi, ol binəvayəOlmadı bir gecə qonaq gözlərin.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-sevdiyim-dimeden-seller-acilir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Görün bu çərxi-dunpərvər nə növi ruzigar eylər,Çəkib ağuşuna hər naqisi kamil əyar eylər,
Gözləyən kimsə gözüm, həqqi deməz ay sənəGözləyən kimsə, gözüm, həqqi deməz ay sənə,Neçidir ay vəcahətdə ola tay sənə!
Saqi dolanım başına, Allahi sevərsənSaqi, dolanım başına, Allahı sevərsən,Bir cami-şoveqgun ilə qıl könlümü rövşən.
Baba bəyin vəfatınaDiriğa, getdi bir-bir dərdbilənlər, fərd mən qaldım,Cahanda xatiri qəmgin, dili pürdəd mən qaldım.
Başqa şairlərin şeirləri · Eşq
Gəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
لبت تا در شکفتن لاله سیراب را مانددلم در بیقراری چشمه مهتاب را ماند
Olmuşam dəhri-bəla içrə bu gün divanə mənOlmuşam dəhri-bəla içrə bu gün divanə mən,Varmadım meyxanəyə, sındırmadım peymanə mən.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,