Sevdiyim, bir yerə cəm eyləsələr,Məhvoşi-dövranı, sənə yetişməz.Çıxarıban gətirsələr MisirdənYusifi-Kənanı, sənə yetişməz.

Sanasan içində gül pirəhəninBir bərgü-səməndir cəsədin sənin.Quzu quyruğundan tərdir bədənin,Şərayi-Yəmani sənə yetişməz.

Həqdi, gözəl çoxdu bu vilayətdə,Hərgiz ola bilməz son məlahətdə;Ey dürri-nasüftə, qədrü qiymətdəYaquti-rummani sənə yetişməz.

Müştəridir sənə Zöhrə fələkdə,Gecə-gündüz ovsafını deməkdə;Bərabərin yoxdu göydə, mələkdə,Behiştin qilmani sənə yetişməz.

Vəsfin demək üçün sənin tək şahın,O çöhreyi-alın, zülfi-siyahın,Firdovsi, Cami tək gərək məddahın,Zakirin hədyanı sənə yetişməz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri