Piranəsərlikdə hərcayi könülHər zaman bir çeşmi-məstanə sevər.Məgər heç düşünməz qobahətini,Gedib növrəsidə cavanə sevər.

Qəm deyildi sevsə idi əzəllər,Eşidən tən edib indi bəzəllər;Deməz, mənə qədr eyləməz gözəllər,Əbəs yerə olub divanə, sevər.

Aşiqlik işində xeyli pürfənəm,Fərhada, Vamiqə, Məcnuna tənəm;Hər gözəl sevənə aşiq demənəm,Sevən mənim kimi mərdanə sevər.

O gündən ki, göz evindən gedibsən.Gülüstana gülzar etməmişəm mən.Ləblərin sərməsti, ey qönsçədəhan.Nə mey istər, nə də meyxanə sevər.

Müddətdir çəkərəm qalmaqalımı,Heyf ki, görmədim gül camalımı.Zakirəm, sevmişəm rüxi-alını,Necə ki, ateşi pərvanə sevər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq