Badi-səba, söylə mənim yarıma
Badi-səba, söylə mənim yarımaGözəllər çıxıbdı seyranə, gəlsin!Təğafül etməsin, işrət çağıdır,İçilir hər yerdə peymanə, gəlsin!
Bənövşələr salsın başın aşağa,Nərgiz olsun gözlərinə sadağa,Gül camalın görüb düşsün torpağa,Bülbülü gətirsin əfğanə, gəlsin!
Siyah zülfü tər buxaqda dənlənib,Sonalar yerişi ondan öyrənib.Ovçu görmüş maral kimi səksənib,Oğrun baxa-baxa hər yanə, gəlsin!
Barmağında xatəm, belində kəmər,Telində cüşvarə, düymə tamam zər,Qərq olsun yaşıla, ala sərasər,Naz ilə sallana-sallana gəlsin!
Sürmə çəksin gözlərinə, qaşına,Gündə yüz yol mən dolanım başına.Zakir tək yanmağa eşq ataşına,Cürəti var isə pərvanə gəlsin!
Kitabxana.az · https://kitabxana.az/works/zakir-badi-seba-soyle-menim-yarima
← → düymələri ilə keçid, R — təsadüfi şeir