Bağrım şan-şan olur zənbur evi tək,Gözüm tək, sən gəzən otağa düşər.Necə ağlamayım, bəs ağlamazmıBir kəs ki, yanından irağa düşər?

Əyyami-xəzanə dönüb baharım,Kəsilməz sübhədən naləvü zarım.Sən gedəndən bəri bir yol güzarımNə suyi-gülşənə, nə bağa düşər.

Qəsdin aşiq canı almaqdı əgər,Göz ucilə qıya baxmağın yetər.Dəxi nə lazımdı tiri-müjələrSəf çəkib, yay qaşın qabağa düşər.

Üzünü görməyə məh avarədi,Gahi müdəvvərdi, gahi parədi;Gün sənin əlindən cünüqarədi,Zülfün kimi daim ayağa düşər.

Nə müddətdi bizdən kəsibdi ara,Bir deyən yox o zalimü xunxara:Ver hüsnün zəkatın Zakiri-zara,Binəvadır, ona sədağa düşər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri