Piranəsərlikdə hərcayi könülBir tazə cavanın bəndivanıdı.Tərk eləyib olan şüğlü karını,Kəbeyi-kuyinin pasibanıdı.

Fərar eləmişdi dili-sərsəri,Bu gün badi-səba gətdi xəbəri;Söylər ki, məskəni gedəndən bəri,Bir pərinin zülfi-pərişanıdı.

Sərasər sinəmi oxları dəlib,Bu gün sabah köçməliyəm, ənqərib,Cəfa çəkmə, dur üstümdən, ey təbib,Tökülən didəmdən cigər qanıdı.

Müddətdti düşmüşəm qürbət diyara,Kimsədən olmadı dərdimə çara,Gecə-gündüz baxar gözüm yollara,Bir laçın gözlünün nigaranıdı.

Demə ki, çıxıbdır xeyirdən, şərdən,Bədöv at ölünçə qalmaz hünərdən,Sevdiyim, Zakiri salma nəzərdənQədr eylə ki, ləlü guhər kanıdı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq