Piranəsərlikdə bir növcavanın
Piranəsərlikdə bir növcavanınPiyalə çeşminin məstanəsiyəm.Dolanıb başına şam ta səhər,Şəmi-camalının pərvanəsiyəm.
Eşq əhlinin işin məndən al xəbər,Hər aşiq olurmu sahibi-hünər?Yanmağa kahildir, odda səməndər,Mən özüm bu yolun mərdanəsiyəm.
Sərasər sövdayi-eşqi tərsanınApardı əqlini Şeyx-Sənanın,Fərhad - Şirinin, Qeys - Leylanın,Mən də bir pərinin divanəsiyəm.
Qurbanam özünə, həm yoldaşına,O xumar gözünə, hilal qaşına.Nə olur pinhani bir sirdaşınaDeyə: "filaninin cananəsiyəm".
Mən Zakirəm, budur sözüm, söhbətim,Nadan ilə yoxdur hərgiz ülfətim,Hanı bir xiridar, bilə qiymətim?Mərifət gəncinin dürdanəsiyəm.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-piraneserlikde-bir-novcavanin-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təğafül eyləmə, ey badi-səba,Tezlik ilə yetir yarə dərdimi.
Təğafül eyləmə, ey badi-səbaTəğafül eyləmə, ey badi-səba,Bəlkə o gül üzlü yarı görəsən.
Tökər səndən ayrı, ey çeşmi xumarTökər səndən ayrı, ey çeşmi xumar,Gecə-cündüz əşki-ali gözlərim.
Xuraman-xuraman seyri-gülşənəXuraman-xuraman seyri-gülşənəAl geyinib çıxma, Allahı sevər;
Başqa şairlərin şeirləri · Eşq
Ey dil, barı meyxanə sarı bir güzər eyləGör məstlərin haləti-vəcdin, nəzər eylə.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Gizli sevgiSevgimdən qaçmışam uzaq şəhərə,Burda da həsrətin gəlib dayanıb.
Ey könül, sənə həmdəm, bir qaməti ərər gərəkEy könül, sənə həmdəm, bir qaməti ərər gərək,Qaş qara, kiprik qara, ruxsarı da əhmər gərək.