Piranəsərlikdə bir növcavanınOxları sinəmə kargər olmuş.Atdı, vurdu, yıxdı, keçdi çəpəndaz,Könül əqəbincə dərbədər olmuş.

Yetişən zamanda başa sinnü sal,Didarını görcək rəf oldu məlal;Gəlib təravətə gülşəni-xəyal,Şükufələr açıb barvər olmuş.

Həvavü hovəsi sanmayın asan,Şiri-nəri eşq eyləyər bəndivan.Görmədinmi, necə o Şeyx-SənanDüxtəri-tərsaya xidmətgar olmuş!

Pirlik etmişdi məni sərsəri,Qalmamışdı zövqü səfa əsəri;Ol qönçədəhanı görəndən bəriNəzmi-təbim yenə pürgühər olmuş.

Yüz huriyü qılman olaydı hazır,Mu qədəri ülfət etməzdi xatir;Bu gün neçə gündür qocaman ZakirTazə-təri sevmiş, tazə-tor olmuş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri