Nə üzdür bu ki, kəsb eylər ziya şəmsü qəmər ondan,Nə rüxdür bu ki, abü rəng alır külbərgi-tər ondan.

Həzər qıl, ey könül, ol zülfi-pürçinin xotasından,Açılmış neçə-neçə sən kimi aşüftələr ondan.

Dəhən sirrin, eşitdim xürdədandır, qönçədən sordum,Dedilər: bilməzik, gülşəndə yoxdur bir xəbər ondan.

Cəfayi-zülfünün yüzdən birin şəhr edə bilməz dil,Uzun illər şikayət eyləyə şəb ta səhər ondan.

Yüzündən göz götürməm eyləsən yüz min səyasətlər,Nigara, səxt müşküldür mənə qəti-nəzər ondan.

Həvayi-kakilin ömri-cəvani verdi yəğmayə,Əlilü pirəm, ancaq var sərimdə bir əsər ondan.

Ayaq çək, Zakira, bəsdir, bəqasız dəhr bağından,Drib kim dərdü möhətdən sivayi bir səmər ondan?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq