İllər ayrısıyam, gəl qucaqlaşaq
İllər ayrısıyam, gəl qucaqlaşaq,Sevdiyim, şikayət zamanı deyil.Sənin gileyin çox, mənim günahım,Onların nəhayət zamanı deyil.
Acı söz yaraşmaz belə bazara,Şirin-şirin gəl danışaq bir para;Keçən sərgüzəşti tulla kənara,Bihudə hekayət zamanı deyil.
Qonum-qonşu gəlib şənlik olmamış,Bizim üçün qara gündük olmamış,Əngəl yığılmamış, tünlük olmamışOturmaq, fərağət zamanı deyil.
Sevgi sevgisinin ləbindən əmə, –Bir ləzzəti dəyər iki aləmə.Aç giriban bəndin, görünsün məmə,Gizləmə, xəyanət zamanı deyil.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-iller-ayrisiyam-gel-qucaqlasaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dilbər, tər sinədən götür çarqatı,Qoy bir də görünsün göyçək məmələr,
Dostu kuyindən bir gələn yox soruşaqDostu kuyindən bir gələn yox soruşaq,Görək həmdəm indi o yarə kimdi?
Dost yolu bağlandı, ümid kəsildiDost yolu bağlandı, ümid kəsildiQasidin dəmbədəm kitabətindən.
Dur sallan, dur sallan, boyun qurbanıDur sallan, dur sallan, boyun qurbanı,Tamaşalar etsin sənəmlər sənə.
Başqa şairlərin şeirləri · Eşq
Səndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,
On səkkiz yaşında...Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.