Dur sallan, dur sallan, boyun qurbanı,Tamaşalar etsin sənəmlər sənə.Doğrasın əllərin turunc yerinə,Baxa-baxa qalsın hərəmlər sənə.

Kimin ki, güzarı düşsə kuyinə,İlişir yüz yerdən tari-muyinə,Qoymazsan doyunca baxa ruyinə,Aşiq olan adam vərəmlər, sənə.

Bari-möhnət əyib qəddi-dalımı,Xəzanə döndərib rəngi-alımı;Sifariş eylərəm keçən halımı,Bir gedən olmadı bu dəmlər, sənə.

Hər sənəm ki verə yarına zəhmət,Oxunur ölüncə zatına lənət;Dolanım başına, olma bimürvət,Yaraşır ehsanü kərəmlər sənə.

Səbəb nədir əl çəkibsən vəfadən,Usanmazsan bir dəm cövrü cəfadən;Zakirin naləsi keçdi səmadən,Məgər əsər etməz bu qəmlər sənə?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq