Sufiyə səf ol bu gün çün rəh-i ərkan səndədir,Çünki tövhid əhlisən, din ilə iman səndədir.

Tut yaxın ilə təharət eylə sidq ilə namaz,Oxı kim əxlas ilə ayəti-Quran səndədir.

Qaluda bəla didin təvhidə iqrar eylədin,Eylə mənzur-ü nəzər höccəti-burhan səndədir,

Qövli fili xali qıldı səndən ötrü Mustafa,Qövlinə fərman olan bu əmri-fərman səndədir.

Yer-i gök həm ləşgəridir şərii Məhəmməd iləGet bu sultan əmri ilə şərii-divan səndədir.

Murtaza sirri Məhəmməd Mustafa sirri iləÇün bulara arif oldın sirri-Sübhan səndədir.

Yol şəriətdir, təriqətdir, həqiqət mərifət,Onları zahir edən bu nitqi-bəyan səndədir.

Məclisin bəzmi-əzəl həmsöhbətin cananı-canYaxşı saxla xalqa izhar etmə, irfan səndədir.

Cüş edip dərya-sifət mövc ilə gönlüm qaynadı,Yer üzündə bəxş ilə həm bəhri-ümman səndədir.

Ehtiyat et dəhrə netdi div vermə gönlüni,Yaxşı saxla hatəmi möhri-Süleyman səndədir.

Eylədi abi atəşdən haqi baddan adəmi ol rütbəyə,Qafil olma kanisən sən, ləl-i mərsan səndədir.

Ey Həqiqi, canı çün canana verdin sidq ilə,Öylə bil kim aləm içrə canı-canan səndədir.

Aləl-Həqiqi rəhmətullahi

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq