Ehtiyac
Qarnım toxdu,Könlüm, ruhum çoxdan ac idi.Rahatlıqdan, evdən qaçmaq ehtiyac idi.Balıq tutmaq bəhanəsi keçdi əlimə,Gecə Kürün sahilinə verdim özümü.Mən o gecə düşdüm tamam başqa aləmə,Gözəl dövran, mən sənə də yumdum gözümü.Sükut vardı beynimdəki küyü yuyurdu –İlbizlərin səsi idi sükut deyəsən.Mənim idi ilk insanın ocağı, yurdu.Heyif deyil, sükut geyib, dinclik yeyəsən.Elə sakit, elə rahat uzanmışdım ki,Ulduzlar da pıçıldaşsa, mən eşidərdim.Mən bu gecə elə bir şey qazanmışdım ki,Əritmişdi ürəyimdə kədəri, dərdi.Kür sahili, sükut, bir də bu aylı gecəUzun ömrün çirkabını, tozunu yudu,Ömrümdəki gecələrdən bu ayrı gecəBir ömrün söhbətini, sözünü yudu.Dan sökülür, açılır bir həyalı səhər,Yazıq Fikrət, ürəyini indi günə sər,Bütün gecə yuyulubdu, indi qurusun.Ömür boyu sözdən, tozdan, nə bilim nədənAdam gərək ürəyini özü qorusun.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-ehtiyac
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Telli sazım, səni məndən eyləyən,Ömür boyu bu aləmdə xar olsun.
EllərəMüshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
Qəzəl: Ey pəri, nəqşi-ruxun adəmi divanə qılırEy pəri, nəqşi-ruxun adəmi divanə qılır,Düşürür dillərə, aləmləri əfsanə qılır
Pərim1-ci variant**Özü xoşsifətli, adı xoşnişan,