Gərək subay vaxtı xəstələnəydim,Biryolluq tapaydım həkimimi mən.Ömrümün üstünə gül ələnəydiSənin nəfəsindən, sənin əlindən.

Gözüm səni gəzib güllər içində,Heç ağla gələrmi, düşərmi yada.Səni axtarmışam ellər içində,Məni gözləmisən xəstəxanada.

Qəlbimdə göynəyir eşqinin yeri,Mənə nə söyləsən halaldır, halal.İlləri qaytara bilmərik geri,Gəl sən iynəni vur, hayıfını al.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar