Tökülən seldən-sudanBir addım yol görünməz.Hünərin varsa çıx, gəzKuba leysanlarında.

Külək hay-küy qoparanBuludlardan incimir.Meşələr, dağlar çimirKuba leysanlarında.

Yağış nizələrindənŞəhid düşür kəpənək.Yollar üzür balıqtəkKuba leysanlarında.

Bir gözəlin yanındaYağışdan daldalandım,Baxışlarında yandımKuba leysanlarında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar