Ölüm-dirim arası –Günün ağı, qarası.Ömrün ən xoş anları,Ən acı macərasıCəmi ikicə addım.

Mən hara, ölüm hara,Ömür səpdim yollara.Çətin yollar keçmişəm –Beşiyimdən məzara.Cəmi ikicə addım.

Dərə aşdım, dağ aşdım,Yer üzünü dolaşdım.Ömrümü girov qoyubİnsanlara yol açdım –Cəmi ikicə addım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm