Dünyanı sevindir
Ala gözlüm, aç gözünü,Göyün üzü gülsün bir az.Göstərginən gül üzünü,Günün gözü gülsün bir az.
Yeriş öyrət küləklərə,Gülüş öyrət çiçəklərə.Zərifliyi – ipəklərə,Şirinliyi – bala öyrət.
Saçlarını dağıtma, yar,Dünya düşər qaranlığa.Qar ələyən göylərə bax,Bəlkə göydən nərgiz yağa.
Sən mehriban danış, gülüm,Sərt qayalar muma dönər.Elə yumma gözlərini,Gün inciyər, günəş sönər.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-dunyani-sevindir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Düşmüşəm
Ey Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
حور حریر سینه کام روان حورانچشمم چو بحر دارد دل جایگاه بحران
Mən söylədim: – Ey gül, mənə tez mey ver gəlDilləndi, dedi: – Adna günü bir dincəl.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.