Bütün pəncərələrdəUlduzların əksidi.Bağların çilçırağıGöylərin də bəsidi.Subay oğlanlar üçünGözəllər sərgisidiHavana gecələri.

Musiqi bolluğundanRəqs edir palmalar da.Sahilə dırmaşırlarAz qala dalğalar da.Ayrıca bir fəsildiQışda, yayda, bahardaHavana gecələri.

Qızların kirpiyiləÜrək didim-didimdi.Yazıq qonaq nə təhərGetsin yatsın bəs indi?Burda şair olmağaTəkcə elə bəsindiHavana gecələri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri