Axşamüstü
Günəş solğun. Üfüq də tutulmuş kimi dərdə,Orda sarı buludlar sallanır pərdə-pərdəVə gül rəngli kölgələr çörəmizdə sıxlaşır.Aman! Şu qan gölündə günəşi kimdir boğan?!Sevda yollarımızda nə işıq, nə işılğan,Əzablı ruhlar kimi hava qaranlıqlaşır.Mənim təmiz eşqimin zülmətdə nə dərdi var?Həramilərə qalsın qara, qorxulu yollar,Mənə günəş batınca ulduz verin, ay verin!Sevdamızı işıqlı bir yola çıxarmağa,Yeri-göyü qaplayan zülmətləri yarmağaİliç günəşlərindən mənə bir alay verin.
Kitabxana.az · https://kitabxana.az/works/musfiq-axsamustu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Başına döndüyüm, ay mələkzada,Gözəllər içində növrəstə Güllər.
BilməzsənKamil bağban bağ becərər, gül əkər,Sahibi var onun, üzə bilməzsən.
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.