Şairləri qanadında bəsləyənİnsanların həyatını süsləyənİncə ruhlu mələklərə and olsun!

Boynundakı dalğa-dalğa tellərə,Qaşlarının altındakı sellərə,Qəlbindəki istəklərə and olsun!

Gül üzündə yeni-yeni açılmış,Xoş iyisi ürəyimə saçılmışQoxladığım çiçəklərə and olsun!

Qumruların yatağını oxşayan,Pişik kimi ayağını oxşayanSalxım-salxım küləklərə and olsun!

Buludlardan ildırımlar çaxdıran,Göy üzündə çırağbanlar yaxdıranAla gözlü şimşəklərə and olsun!

Həp səninlə görüşməkdir diləyim,Uğurunda gecə-gündüz çəkdiyimZəhmətlərə, əməklərə and olsun!

Gəncliyimə qanad verən, ruh verən,Hər dəqiqə ayrı cilvə göstərənƏlirişməz diləklərə and olsun!

Bu həyatın fərqi yoxdur dənizdən,İştə onun üzərində rəqs edən,Qanadlanan ürəklərə and olsun!

Sənsən mənim həyatımın məhvəri,Sənsən mənim gənc ömrümün rəhbəri,Tapındığım fələklərə and olsun!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar