Kamil bağban bağ becərər, gül əkər,Sahibi var onun, üzə bilməzsən.Sınar qol-qanadın, düşərsən yerə,Tutar səni qəhri-qəza bilməzsən.

Laçın olub səmalarda süzmüşəm,Şonqarların savaşına dözmüşəm,Mən qəvvasam dəryalarda üzmüşəm,Sən qəvvas deyilsən, üzə bilməzsən.

Gözəllər hüsnünə çoxdanam heyran,Çıxdım şikarına, alagöz tərlan,Əsədin dərdinə elə sən dərman,Bağrının başını əzə bilməzsən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar