Məni salma yanar oda,Gedirəm, ana, gedirəm.Neylər mənə qəza-qada,Gedirəm, ana, gedirəm!

Yolum gedir, İstanbula,Haqq köməkdi qara qula.Yar gərək yarını bula,Gedirəm, ana, gedirəm!

Halal eylə, icazə ver,Yuxarıda Allahı gör.Gəl bu uçuq qəlbimi hör,Gedirəm, ana, gedirəm!

Haqdan içmişəm badəni,Sinəm gövhərin mədəni.Gedim görüm gülbədəni,Gedirəm, ana, gedirəm.

İstəyirəm görəm yarı,Alma əldən ixtiyarı.Sənsən Heydərin tutarı,Gedirəm, ana, gedirəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri