Kimə deyim
Bu zəmanə betər gəlib.Mən dərdimi kimə deyim?!Qananlara kədər gəlib,Mən dərdimi kimə deyim?!
Daha eşitdiyim budu:«Davariş»lə xaraşodu.Dilimə almışam oduMən dərdimi kimə deyim?!
Namərd görmüşəm Soveti,Nədi - gədə hökuməti!Mərdin qalmadı qiyməti,Mən dərdimi kimə deyim?!
Tuthatutda mərd qalmadı,Bircə abad yurd qalmadı.Ermənidə dərd qalmadı,Mən dərdimi kimə deyim?!
Qarsın yolları bağlandı«Türk» deyən dillər dağlandı.Həqiqət pünhan saxlandı,Mən dərdimi kimə deyim?!
Bəlli mənim ərzi-halım,Tanrı, sənə qurban olum,Günlərimi yola salım,Mən dərdimi kimə deyim?!
Danışıb dinə bilmirəm,Yanıram, sönə bilmirəm,Heydərəm, dönə bilmirəm,Mən dərdimi kimə deyim?!
Kitabxana.az · https://kitabxana.az/works/asiq-heyder-kime-deyim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Qəzəl: Şanənin qəsdi nədir çəkməz əlin birçəkdənŞanənin qəsdi nədir çəkməz əlin birçəkdən,Mən kimi aşiq olub zülfə məgər görcəkdən
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,