Fələyin qəhri az deyil,Xeyri ya baxta baxtadı.Nə bilirsən nə olacaq,Xeyirnən şər qabaxdadı.

Kasıb könlü geniş olar,Yolu yoxuş-eniş olar.Dəmə də bir dönüş olar,Tək çörəyi tabaxdadı.

Heydər deyər mərd sağ olsun,Biri min bir budaq olsun.Kefi yaxşı, üzü ağ olsun,Onun gözü qabaxdadı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri