Sənsizin göydivü qaldı, ey güli-baği-cinan,Lalə tək bağrımda dağü ğönçə tək ağzımda qan.

Razi-eşqini ki, yillər yaşururdum xəlqdən,Faş qıldı bir savux ah ilə könlüm nagəhan.

Səfhəyi-rüxsarın üzrə nöqtə-nöqtə zərvərəq,Müshəfidür kim, qılupdur kilki-qüdrət zərnişan.

Qamətin şövqində Məcnun tək sənubər bağ ara,Durdu andaq kim, başında qıldı quşlar aşiyan.

Məqtə — şairin təxəllüsü olan son beyt. Kişvəri istəb səni hər yan fəğan qılmaqdadur,Bir əyəsiz itki, yollar üstündə qılğay fəğan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri