Hayıfsan!
Danışdıq, barışdıq mərhəmət ilə,İnciklik araya qatma, hayıfsan!Sən tacir olmazsan bir manat ilə,Namusu, qeyrəti atma, hayıfsan!
Mövlam məni nəzərindən salmayıb,Huşum cəmdi, ağlım heç azalmayıb.Fani dünya Süleymana qalmayıb,Oyan bu qəflətdən, yatma, hayıfsan!
Siz təlaş eylərsiz iynə-biz iləBizim barat gəlib-gedir yüz ilə.Əyri ol əyriylə, düz ol düz ilə,Hər yetəni sən aldatma, hayıfsan!
Düşəndə məclisə, ağır yığnağa,Bizə hörmət qoyur irəncbər, ağa...Söz uzansa, həcv çıxar qurşağa,Sözün dalın çox uzatma, hayıfsan!
Qəsəm olsun xudkeşlərin sərinə,Yalan söz iyidi salar dərinə.Köhnə dağarcığı tumaş yerinəAşıq Ələsgərə satma, hayıfsan!
Kitabxana.az · https://kitabxana.az/works/elesger-hayifsan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təriqətlə mərifətə qulaq ver,Şəriətdə yol-ərkanı biləsən.
Bizdən salam olsun arif olanaBizdən salam olsun arif olana,Haqq nə gündə xəlq eylədi dünyanı?
Bu günləri bir hikmətə tuş oldumBu günləri bir hikmətə tuş oldum,Adı-sanı hər aləmdə deyilir.
DanışaqHikmət məclisində əyləşən alim,Gəl, səninlə yol-ərkandan danışaq.
Başqa şairlərin şeirləri
Haçanacan aman çəkim,Bu zalım hicran əlindən,
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram
Məni bir qaşı kəman oxladı müjganı iləMəni bir qaşı kəman oxladı müjganı ilə,Atdı bir ox ki yarar könlümü peykanı ilə.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram