Təriqətlə mərifətə qulaq ver,Şəriətdə yol-ərkanı biləsən.Həqiqətdə nədən xəlq eylədi haqqƏrşi, kürsü, asimanı, biləsən.

Şəcərətil-yəqin harda bitibdi?Təşbehi dünyada nəyə yetibdi?Neçə kökdü, neçə budaq atıbdı?Neçədi yarpağın sanı, biləsən?

Onları xəlq edən xudam qənidi,Səxavət əhlidi, kərəm kanıdı.Əsabi-Kəhf neçə nəfər can idi?Adları nə idi, onu biləsən?

Süleyman, İsgəndər Zülqədər hanı?Dolandı nə qədər, gəzdi hər yanı?Belə qərar qoyub kərəmin kanı:Vacibdi, dünyanı fani biləsən.

Yazıq Ələsgərəm, ona qulam mən,Nuru hörmətindən əhli-diləm mən.Buyurasan, xidmətinə gələm mən,Sərimdəki bu sevdanı biləsən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq