Nədi adı
Şəriətlə təriqəti seçənlər,Təriqətlə həqiqətin nədi adı?Hansı şah haqq ilə ilqar eylədi,Nə incidi, nə ah çəkdi, nə dadı?
İstəyirsən seyr edəsən Sinanı,Şər işlərdən saqın, saxla sinanı.Sədət gətdi sini içində si nanı,Dildə qaldı nə ləzzəti, nə dadı!
Ələsgər də eşq içində qaladı,Şirin canın ataşına qaladı.Ər iyidin canı getsə, qala adı,Nakəslərin dəhr içində nə də adı!
Kitabxana.az · https://kitabxana.az/works/elesger-nedi-adi-tecnis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Bizi yoxdan var eləyən ol şahi-dildara bax,Abı,ataş,xaki, baddan xəlq olunan insana bax,
QəribAğlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
Haray-harayYa ilahim, sən olasan ayarım, haray - haray,Yar yanında çünki yoxdur ayarım haray - haray,
AğlamaAğlamağı bacarırsan bilirəm,Gözlərinin yaşını bir silsənə.