Ya ilahim, sən olasan ayarım, haray - haray,Yar yanında çünki yoxdur ayarım haray - haray,Yalovlanıb eşqim üstə çox eylədin haqqı-say,Yel apardı namusumdan ayarım haray - haray.

Yuxlamadım tifilikən anam çaldı a laylay,Yandırıbdı hicran mənim cəsədimi a laylay,Yuma məhşər divanında xalq duranda a laylayYarım sənə dad eyləyir ayarım haray - haray.

Yazıq Cuma oxlanıban yandırıbdı yeri, göy,Yağar leysan, bahar fəsli nəbat eylər yeri göy,Yüz iyirmi dörd min Nəbi hörmətinə yeri göyYaxşı eylə ölən vəqtə ayarım haray-haray.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq