Hüzuruna gəldim, gözəllər şahı,Bu xabdan gözlərim oyat, amandı.Dilin fəsih etmiş qadir AllahıŞux danış bir neçə ayat, amandı.

Mən içdiyim Xızır Nəbi verəndi,O səbəbdən bu şad könlüm virandı,Şəkkin varsa, qoy qabağa ver andı,Aradan pərdəni ay at, amandı.

Güləbatın zülfdən bağışla mənə,Dərməyə bəhərin bağışla mənə,Oyatdım yuxudan, bağışla mənə,Cumaya sarmaşıb a yat, amandı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri