Danışaq
Hikmət məclisində əyləşən alim,Gəl, səninlə yol-ərkandan danışaq.Ələst aləmindən, qalu bəladan,Nuri-Əhməd yaranandan danışaq.
Kürsü lohü qələm nədən yarandı?Neçə min il gərdiş vurdu dolandı?Nə əmr oldu, qərar tapdı, dayandı?Əvvəl nə xətt yazdı, ondan danışaq?
Təmisah balığın qədəri nədi?Nə yeyir, nə içir, mədarı nədi?Həqiqət qapısının açarı nədi?Onu açıb-bağlayandan danışaq.
Əgər haqq aşıqsan, “meydana gəl” de!Arifsənsə, bu sözlərə “gözəl” de!Farsiyyət bilirsən, şeir-qəzəl de!Ərəbxansan, gəl, Qurandan danışaq!
Ələsgər, qəm çəkmə, Xuda kərimdi!Yetmiş iki yolun hansı qədimdi?Həzrəti-Musanın anası kimdi?Bir xəbər ver, o dövrandan danışaq!
Kitabxana.az · https://kitabxana.az/works/elesger-danisaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözüm qaldı bir alagöz gəlində,Sinəmi yandırır eşqin fərağı.
Xəbərin varmıAla gözlü, nazlı dilbər,Elindən xəbərin varmı?!
Köpək oğluKim dedi, meşədən gətir cüt oxu,Dördünü yan-yana çat, köpək oğlu!
Qohum bildik, qoyduq adam yerinəQohum bildik, qoyduq adam yerinə,Xələt verdik, gəl Bəşirin toyuna,
Başqa şairlərin şeirləri · İlahi eşq
Əsən yellər, bir Allahın eşqinə,Yazdığım naməni vətənə yetir.
Könlüm nəsibi çün ki, bəla qıldı yarədənKönlüm nəsibi çün ki, bəla qıldı yarədən,Tabi-bəla gətürmədi, can çıxdı arədən.
Bax (Qaranı)Qul Qaranı:*Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,
ای شاه! یاور تو درین غم خدای بادطبع تو شاد و تیغ تو عالمگشای باد