O sən idin
Mən bir gözəllik heykəli, dilbər, afət bir pəri,Xəyalımda təsvir edər, durardım çoxdan bəriYaraşıqlı, sevimli bir əndam ölçər, biçərdim,Yanağına, dodağına güldən rənglər seçərdim.Xəyalımda yaratdığım o gözəllik pərisi,Qəlbimə çox uyğun, munis görünmüşdü, doğrusu.O lövhəni ürəyimin özəyinə nəqş etdim,Sevdim onu, bir mum kimi eşqində söndüm, bitdim.Ara-sıra xəyalımda canlanırkən o afət,Önümdə sanki titrəyirdi canlı bir həqiqət.Nurdan yaranmış əlini sallayaraq deyirdi:Get, ara bu həqiqəti, taparsan söyləyirdi.Bir sərsəri məcnun kimi mən də düşdüm çöllərə,Bu gizli sirri söylədim dağa, daşa, ellərə.Bir çox rəssam sərgisini dolaşdım ölkələrdə,Mən o canlı həqiqəti tapmadım heç bir yerdə.Hər gözəli görüncə mən, o lövhəni anardım,Gündüz günləri, ayları, gecə ulduz sanardım.Aylar, illər keçdi ancaq, o rəsmə bənzər afət,Tapılmadı, yaranmamış böyləsi derdim, əlbət.Ürəyimdə lakin o bir günəş kimi parlayar,Qızğın sevgi, parlaq ümid, qartal qüvvətli inan.Səslənirdi: ümidini qırma, haydı, get, ara!Mən də möhkəm etiqadla arayırdım daima.Ox, mələyim, o uğurlu saatda ən nəhayət,Parladı bir günəş kimi izlədiyim həqiqət.Şaşqın-şaşqın hey baxırdım, ey qəlbimin əməli,O həqiqət sən idin, ey gözəllik heykəli!
Kitabxana.az · https://kitabxana.az/works/saiq-o-sen-idin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
INoyabrın acıqlı bir sabahı idi. İki gün əvvəl başlamış olan xəzri hələ bütün şiddəti ildə davam edir, bir ildırım gurultusu ilə ətrafı sarsıdır, yerləri eşərək, göylərə sovurmuş olduğu toz-torpaqdan fəzanı qalın, sarımtıl bir örtüyə bürüyürdü. Qapı-bacaların vıyıltısı, pəncərələrin cingiltisi, uzaqdan eşidilməkdə olan dəniz dalğalarının dəli gurultusu ruhlara ağırlıq verir, əsəblərdə acı bir sızıltı hiss etdirirdi. Küçələr bomboş idi. Damlarda pişiklər, küçələrdə itlər belə gəzməyə cəsarət etmirdi. Yalnız arabir işə gedən adamlar yerdən burun-burun yüksələn toz-torpaqdan üz-gözlərini köksləri üzərində gizləməyə çalışaraq, iri addımlarla gedirdilər.
Özü bilsin, mənə nə!İlk dəfə gördüyüm zaman vücudu kimi quru və soyuq təbiətini də bəyənməmişdim. Onu mənə kənd dükançıları tanıtmışdılar:– Yetmiş yaşı var, adı “Cırtdandır”. Cırtdan deməsən tanımazlar – demişdilər.
Solmaz və sönməzCəfər Cabbarlıya*Fəza kimi sonsuz, quru və susuz çöllərdə yetişmiş cansız bir fidan idin, nə günəşin hərarətindən qoruyan sərin bir kölgəliyin, nə də soyuq ruzgar və acı qasırğalardan sığınacaq bir koman vardı. Başın üzərində çaxan alovlu şimşəklərin, ayaqların altında sönən fırtınaların ağır qırmancları altında əzilə-əzilə, çarpışa-çarpışa arxasız və köməksiz böyüdün. Həyatın ağır zərbələri o arıq və zəif vücudunu gəmirdikcə, sən öz sarsılmaz iradənə sarılaraq, dimağındakı atəş, ruhundakı qüvvət, qəlbindəki hərarətlə durmadan məqsədə doğru irəlilədin. Lakin mənzil uzaqda idi... Ey günəşli yolun gənc yolçusu, səfərin haraya?
Hitlerin yuxusuFaşistin qəlbindən daha qaranlıq bir gecə idi. Hitler istilaçılıq xülyası ilə məst olaraq artırmada oturmuş, özünün “Mənim mübarizəm” kitabını tamamlamaq üçün ərkani-hərb ilə birlikdə hazırlamış olduğu dünyaya hakim olmaq planını nəzərdən keçirirdi. Sovet hökumətinə hücum planını gözdən keçirərkən tək səbir gəldi. Bu tək səbir onun qəlbində acı şübhə doğurdu, qürurla yumruğunu masaya çırparaq: “Bu tək səbir nədir? Mənim səbir etməyə vaxtım yoxdur; faşizm bütün dünyaya hakim olmalı, bütün millətlər “nəcib” alman millətinə köləlik etməlidir! Dünya alt-üst olsa da bu fikrimdən dönməyəcəyəm” – dedi.Hitler, planı bir də gözdən keçirməyə başladı. Elə bu arada otaqdakılardan birisi yenə asqırdı. Hitler bu tək səbirdən acıqlandı, başını oynadaraq: “Ah, yenə tək səbir” dedi. Bu tək səbirlər onu əsəbiləşdirmişdi. Oturduğu yerdən qalxdı, bığlarını çeynəyə-çeynəyə artırmada gəzinməyə başladı. Onun buludlu gözləri qaranlıqda şimşək kimi parıldayırdı, ürəyi çırpınaraq dərin düşüncəyə dalmışdı. Düşünməkdən yorulmuş başını əlləri içinə alaraq hiddətlə oturdu, zəngi basdı, xidmətçi qız gəldi, bir fincan su istədi, qız su gətirdi. Hitler əsəbi, titrək əli ilə suyu alıb içdi. Kin və qürurla parlayan gözlərini göylərə dikərək daldı, fikri plan, gözləri isə ulduzların seyri ilə məşğul ikən birdən gözü Marsa sataşdı. Onu bütün qüvvəti ilə özünə cəlb edən Mars cahangirin qəlbində dadlı bir xülya oyatdı. Əlini ona uzadaraq: “Ey Mars, dünya işlərini bitirdikdən sonra sənə də əl atmağa bir yol tapacam” – dedi. Bu fikir onun qəlbindəki kədərini büsbütün dağıtdı. Gülməyə yad olan simasını süni bir təbəssüm bürüdü: “Yavaş, sənə də kəmənd atmasam cahangir Hitler deyiləm”.
Başqa şairlərin şeirləri · Eşq
“Həyat haqqında düşüncələr” silsiləsindən*1**
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məniGətirdi nəşeyi-mey, saqiya, nə şurə məni,Ki, şövqi-arizi-canan çəkib hüzurə məni.