Malades
Mərhəba, namxuda,Afərin, əhsən, malades!Cahanda yoxdu tayın,Dünyada təksən, malades!Həmi ağsan, həmi çağsan,Həmi də köksən, malades!Xudam səni xoş yaradıb,Belə göyçəksən, malades!Hurilər padişahı,Nazlı mələksən, malades!
Mən sana qurban olum,Ay səri sevdalı gözəl!Ləblərin şəhdi-şəkər,Misli beçə balı, gözəl!Qüdrətdən nəqş olunubZənəxdanın xalı, gözəl!Zərrəcə gəlməz eyninəBu dünyanın malı, gözəl!Gözü tox, könlü təmiz,Özünə bəysən, malades!
Aşıq Ələsgər deyər,Bu duruşun xan kimidi.“Xan” deyib, səhv olmuşam,Huriyü qılman kimidi.Qabliyyət, mərifətin,Kamalın Loğman kimidi.Məclisdə dolanmağınAlıcı tərlan kimidi;Hansı evə qədəm qoysanQızıl dirəksən, malades!
Kitabxana.az · https://kitabxana.az/works/elesger-malades
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Göndərib lütflə,ey dil,mənə dilbər kağız,Könlümün zülmətini eyləyib ənvər kağız.
GörünməzGecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.
GəlmədiGecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi,
QərənfilÇiçəklər içində heç bilmirəm mənNiyə meylim düşür sənə, qərənfil!