Maral
Səhər-səhər çeşmə üstəDurur boyu bala, Maral,Ala gözlər girib qəsdə,İstər canım ala, Maral!
Sevdim zalım, baqrı daşı,Almaz klrpik, qələm qaşı,Tərlan görüb yaşılbaşı,Sağın, qaynaq çala, Maral!
Ağ üzdə xalın bənövşə,Az qalır bağrımı deşə,Məcnunluqdu mənə peşə,Düşmüşəm mahala, Maral!
Öpmədim ala gözündən,Doymadım şirin sözündən,Məni ayırıb özündən,Salma daldan-dala, Maral!
Camalımdı şəmsü-qəmər,Vəsfın olub dildə əzbər,Ucundan yazıq Ələsgər,Dönübdü abdala, Maral!
Kitabxana.az · https://kitabxana.az/works/elesger-maral
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bu daimi olmayan dünyada mənim ömrüm,Həsrət və qüssə ilə başa çatdı.
Bayrağım enərkənSən, Bayrağım! Yüksək şanlarınla enərkənMavi göyə bir duman gəldiyini gördüm bən.
Qıldı səri-zülfün yenə divanə məniQıldı səri-zülfün yenə divanə məni,Ğərq etdi yenə nafə təki qanə məni,
MəniCəsədi möhnətdə nara qalandım,Yandırıb döndərər küllərə məni.